Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
Ordu.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilmişdir.
***
Qarabağdakı separatçıların "keçmiş nümayəndəsi" Ruben Vardanyan Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həbs olunub.
Ordu.az xəbər verir ki, bu barədə TASS xəbər agentliyi bildirib.
Məlumata görə, o, Gorusa getməyə cəhd edərkən Azərbaycanla sərhəddə saxlanılıb.
Agentlik qeyd edib ki, bu barədə yaxın mənbə məlumat verib.
Məlumata görə, Vardanyanın arvadı Veronika Zonabend də faktı təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az