“AzerGold” nümayəndələri Daşkəsəndə şəhid ailələrini ziyarət edib - FOTOLAR

2023/09/1695808781.jpg
Oxunub: 32056     13:51     27 Sentyabr 2023    
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 27 Sentyabr – Anım Günü ilə bağlı Daşkəsən rayonunda qeydiyyatda olan şəhid ailələri ziyarət edilib.

Ordu.az xəbər verir ki, QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində təşkil edilən ziyarətin məqsədi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş şəhidlərimizin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.

Anım Günü ərəfəsində təşkil edilən ziyarət zamanı şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla, QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsinə xidmət edir.





.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin