Ordu.az xəbər verir ki, bu, Şimali Koreyanın təhdidlərinə qarşı sərt mövqe sərgiləmək məqsədilə Cənubi Koreya Silahlı Qüvvələrinin yaradılmasından sonra keçirilən ən böyük mərasimdir.
Oktyabrın 1-də qeyd olunan Silahlı Qüvvələr Günü münasibətilə paytaxt Seulda keçirilən mərasimdə K2 əsas döyüş tankları, Pilotsuz Uçuş Aparatları (PUA) və “yer-yer” tipli “Hyunmoo” raketləri də daxil olmaqla 170 müxtəlif hərbi texnika nümayiş etdirilib.
Təxminən 6 min hərbi qulluqçunun qatıldığı mərasimə yağışa baxmayaraq, ictimaiyyət böyük maraq göstərib.
Sevinc Əliyeva
Ordu.az