Türkiyənin 500 ən böyük sənaye müəssisəsi açıqlanıb

2023/09/2023--1695807289.jpg
Oxunub: 13411     16:01     27 Sentyabr 2023    
İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvan mətbuat konfransında İSO-nun hazırladığı Türkiyənin 500 ən böyük sənaye müəssisəsinin siyahısını açıqlayıb.

Ordu.az xəbər verir ki, 2022-ci ildə istehsaldan gələn satışlara görə, TÜPRAŞ 418,4 milyard lirə ilə birinci yerdə olub.

Sıralamada ikinci yerdə “Star Rafineri”, üçüncü yerdə isə “Ford Otomotiv” qərarlaşıb.

İlk 100-lükdə Türkiyənin 4 müdafiə sənayesi şirkəti var.

Türkiyənin 500 ən böyük sənaye müəssisəsi siyahısına 11 müdafiə sənayesi şirkəti daxil edilib:

20. ASELSAN
30. TUSAŞ
65. ROKETSAN
97. OTOKAR
131. BMC
137. MKE
190. TEI
252. HAVELSAN
418. KOLUMAN
471. ALP HAVACILIK
485. NUROL MAKİNA

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TÜPRAŞ  


Bizi "telegram"da izləyin