Ordu.az xəbər verir ki, “STM ThinkTech” hesabatında son illərdə təsirli olan enerji böhranının səbəb olduğu iqlim dəyişikliyi ilə mübarizə siyasətləri çərçivəsində sürət qazanan yaşıl hidrogen sıçrayışının artmaqda davam etdiyini qeyd edib.
Nəşr olunan hesabatda “Qlobal Yaşıl Hidrogen İqtisadiyyatı”, “Yaşıl Hidrogenlə Transformasiya olunan Sektorlar”, “Dünyada Yaşıl Hidrogen Siyasətləri”, “Yaşıl Hidrogendə Aparıcı Şirkətlər” kimi əsas başlıqlar yer alır.
Bildirilib ki, yaşıl hidrogen layihələri və investisiyalarında eksponensial sıçrayış vəd edən beynəlxalq qurumlar tərəfindən dərc edilən 2030 və 2050 proqnozları qlobal investorları bu sektoru yeni bir cazibə mərkəzi kimi görməyə vadar edir.
Hesabatda qeyd olunub ki, yaşıl hidrogenin təmiz enerji keçidində, qlobal iqtisadiyyatda və 2050-ci illərə gedən yolda geosiyasətdə əsas transformasiyaedici qüvvələrdən biri olacağı düşünülür.
Sevinc Əliyeva
Ordu.az