Rusiya T-80 döyüş tanklarının istehsalına yenidən başlayacaq

2023/09/1695806371.jpg
Oxunub: 253     15:01     27 Sentyabr 2023    
Rusiyanın əsas döyüş tankı (MBT) istehsalçısı “Uralvaqonzavod”un baş meneceri Oleksandr Potapov bildirib ki, şirkət Rusiya Müdafiə Nazirliyinin tələbi ilə T-80 MBT-nin istehsalına yenidən başlamağı planlaşdırır.

Ordu.az “Defence Today”ə istinadən xəbər verir ki, T-80 MBT istehsalının yenidən başlaması qərarında Rusiyanın Ukraynaya təcavüzü zamanı göstərdiyi performansın təsirli ola biləcəyi ifadə edilsə də, T-80-lərin istehsal prosesinin nə qədər davam edəcəyi ilə bağlı açıqlama verilməyib.

Digər tərəfdən, ORYX kimi açıq mənbəli kəşfiyyat qurumlarının məlumatına görə, qərar həm də Rusiyanın Ukraynadakı qarşıdurmalarda verdiyi ümumilikdə 2309 tank itkisinin 624-nün T-80 tankları olması faktına istiqamətlənmiş cəhd ola bilər.

Potapov qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin müraciətindən sonra şirkət rəhbərliyi sürətlə tankların istehsalı ilə bağlı məsələlər üzərində işə başlayıb.

“Müddət ilə bağlı Müdafiə Nazirliyi ilə işləyirik. Çünki istehsal üçün yeni imkanlar və gücün artırılması tələb olunur”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   T-80  


Bizi "telegram"da izləyin