FNSS öz imkanlarını Britaniyada nümayiş etdirəcək

2023/09/16903-1695806102.jpg
Oxunub: 174     14:40     27 Sentyabr 2023    
Etibarlı və yenilikçi tırtıllı və təkərli zirehli maşınlar dizayn və istehsal edən, öz sahəsində dünya liderləri arasında sayılan quru müdafiə sistemləri şirkəti FNSS Böyük Britaniyanın Vokingham şəhərində keçiriləcək “Future Armoured Vehicles Power Systems” adlı konfransda iştirak edir.

Ordu.az xəbər verir ki, sentyabrın 27-28-də keçiriləcək konfrans zirehli maşınlar üçün enerji sistemlərindəki son inkişafları müzakirə etmək üçün istifadəçiləri və sənaye liderlərini bir araya gətirir.

Konfrans proqramı çərçivəsində FNSS şirkətinin nümayəndəsi Varlık Kılıç sentyabrın 27-si saat 11-də “Tırtıllı və Təkərli Zirehli Vasitələr üçün Gələcəyin Mobillik Həlləri - Hibrid Elektrik/Tam Elektrikli Həllər” adlı təqdimatla çıxış edəcək.

Kılıç təqdimatında hibrid elektrik və tam elektrik enerjisi sistemlərinin müqayisəsinə diqqət yetirərək, gələcəyin zirehli vasitələri üçün hərəkətlilik həllərində qarşıya çıxan çətinlikləri və imkanları araşdıracaq.

FNSS müdafiə sənayesi üçün daha dayanıqlı və səmərəli həllər yaratmaq məqsədilə elektrik və hibrid texnologiyalar sahəsindəki imkanlarını gücləndirməyə davam edir.

Bu konfransda məlumat paylaşmaqla, FNSS zirehli maşınlardakı güc qruplarının gələcəyi ilə bağlı davam edən müzakirələrə töhfə verməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FNSS   Britaniya  


Bizi "telegram"da izləyin