Ordu.az xəbər verir ki, sözügedən ölkə Çin Kommunist Partiyasını yeni müdafiə, təhlükəsizlik və xarici siyasət strategiyasında “dövrü müəyyən edən çağırış” kimi müəyyən edəcək.
Strategiya planının əsas məqsədləri arasında Rusiyanın Avropa təhlükəsizliyi üçün yaratdığı “əsas risk”lə mübarizə konsepsiyası da olacaq.
Britaniya Baş naziri Rişi Sunak strategiya hesabatı ilə bağlı verdiyi açıqlamada qarşıdakı iki il üçün müdafiəyə ayrılacaq yeni büdcənin silah-sursat ehtiyatlarını yeniləyib artıracağını və nüvə çəkindiriciliyi üçün lazımi maliyyəni təmin edəcəyini bildirib.
Sunak həmçinin müdafiə xərclərinin milli gəlirin 2,5%-nə çatması hədəfi istiqamətində hərəkət etdiklərini ifadə edib.
Sevinc Əliyeva
Ordu.az