Daha bir Aİ ölkəsi F-35 karvanına qoşulur

2023/09/1695804216.jpg
Oxunub: 309     20:50     27 Sentyabr 2023    
Rumıniya F-35 döyüş təyyarələrinin alınması üçün bürokratik proseslərə başlayıb.

Ordu.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyi F-35-lərin alınması üçün parlamentdən icazə istəyib.

Rumıniya ABŞ istehsalçısı “Lockheed Martin”dən 6,5 milyard dollara 32 ədəd yeni nəsil F-35 döyüş təyyarəsi almağı planlaşdırır.

Rumıniya Müdafiə Nazirliyi parlamentdən Rumıniyanın Ali Müdafiə Şurası (CSAT) tərəfindən aprel ayında təsdiq edilən satınalmaların təsdiqlənməsini və satınalma prosesinin bu ilin sonunda başlamasına icazə verməsini xahiş edib.

Müqavilə layihəsinə reaktiv təyyarələr, logistika və təlim xidmətləri, uçuş simulyatorları və döyüş sursatları, həmçinin Rumıniyanın daha sonra daha 16 oxşar təyyarə alması variantı daxildir.

Yekun müqavilələrin gələn ildən əvvəl imzalanması gözlənilmir və müdafiə naziri Angel Tilvar bu il ilk təyyarələrin 2030-cu ildən əvvəl təhvil verilməyəcəyini bildirib. Bu müddət ərzində Rumıniya Hərbi Hava Qüvvələri ikinci əl F-16 döyüş təyyarələrini istifadədə saxlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   F-35   Rumıniya  


Bizi "telegram"da izləyin