Erməni politoloq: “Qranadada keçiriləcək görüşü gözləməliyik, orada Qərbə müəyyən eyhamlar ola bilər”

2022/09/1663409058.jpg
Oxunub: 367     20:21     27 Sentyabr 2023    
“Qranadada keçiriləcək görüşü gözləməliyik, orada Qərbə müəyyən eyhamlar ola bilər”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Boris Navasardyan deyib.

Navasardyanın sözlərinə görə, Rusiya, Türkiyə və Azərbaycan Qərbin danışıqlarda həlledici rol oynamağa başlamasında maraqlı deyil.

“Hər şey Aİ və ABŞ-nin Azərbaycanla necə işləməsindən asılıdır. Çox vacibdir ki, Aİ və ABŞ-nin diplomatik səyləri Rusiyaya Ermənistana qarşı sanksiyalar tətbiq etməyə imkan verməsin. Rusiya Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər, birinci məsələ qazdır. Rusiya Ermənistana qarşı sanksiyalar tətbiq edərsə, Qərb təzminat tapmağa çalışmalıdır. Əgər Rusiya Ermənistana qarşı sanksiyalar tətbiq edərsə, Qərb enerji daşıyıcıları məsələsinə Azərbaycanı da cəlb etməlidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan   Qranada  


Bizi "telegram"da izləyin