Erməni deputat: “Qarabağ klanı kapitulyasiyaya imza atan tərəfdir”

2023/06/1687331680.jpg
Oxunub: 438     19:12     27 Sentyabr 2023    
“Qarabağ klanı Samvel Babayanın təklifini rədd etdi, nəticədə bizdə belə oldu”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyanın sədri Andranik Köçəryan “deyib.

Köçəryanın sözlərinə görə, Qarabağ klanının konsensusu Ermənistanın suverenliyinə qarşı bir addımdır.

“Qarabağ klanı Azərbaycanla qarşılıqlı razılaşmaya getdi, kapitulyasiya həyata keçirdi. Qarabağ klanı hələ də Ermənistana qarşı fəaliyyətə görə cavab verməlidir. Qarabağ klanının əmlakı Qarabağ sakinlərinə qaytarılmalıdır. Qarabağ klanı kapitulyasiyaya imza atan tərəfdir, hələ cavab verməlidir ki, o silahlar niyə məhv edilməyib?”, - deyə erməni deputat qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ-klanı   Kapitulyasiya  


Bizi "telegram"da izləyin