“2020-ci ildə Hadrutda erməni pasportlu Rusiya xüsusi təyinatlı dəstələri olub və bizi arxadan vurublar” - Erməni ekspertdən ŞOK İTTİHAM

2023/06/1686294608.jpg
Oxunub: 20083     21:22     27 Sentyabr 2023    
“Bu gün əsas problem Qarabağ ermənilərinin köçməsidir”.

Ordu.az xəbər verir ki, bunu hərbi-siyasi məsələlər üzrə erməni ekspert Hraçya Arzumanyan deyib.

Arzumanyan iddia edib ki, qanunsuz erməni silahlı birləşmələri tərksilah olunduqda ermənilər rusların və türklərin əli altında yaşaya bilməzlər.

“30 il sadəlövhlük yolu ilə getdik, Qarabağı itirdik, davam etsək, Zəngəzuru itirəcəyik. Aldanmağa haqqımız yoxdur. Rusiya-Türkiyə tandeminin məqsədi erməni dövlətçiliyini məhv etməkdir. Rusiya-Türkiyə-Azərbaycan tandeminin məqsədi Ermənistanı suveren dövlət kimi siyasi xəritədən çıxarmaqdır. Qarabağ qalxan idi, amma onu itirmisənsə, sənin sərhədlərin açıqdır, qoruyub saxlamaq lazımdır. Zəngəzurda təhlükəsizlik və müdafiə sistemi qurulmalıdır, heç kimin zəmanətinə inanmaq olmaz. 2020-ci ildə Hadrutda erməni pasportlu Rusiya xüsusi təyinatlı dəstələri olub və bizi arxadan vurublar”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hadrut   Erməni-pasportlu   Rusiya   Xüsusi-təyinatlı  


Bizi "telegram"da izləyin