Ordu.az xəbər verir ki, bunu Daşnaksütun təşkilatının “Azdak” və “Droşak” dövri nəşrlərinin keçmiş redaktoru, erməni ictimai xadim Nazaret Berberyan deyib.
Berberyan iddia edib ki, baş verən son hadisələr Rusiyanın ssenarisidir.
“Rusiyadan hər şey gözlənilirdi, amma adının baş verən son hadisələrlə əlaqələndirilməsi gözlənilmirdi. İndi rusların böyük dövlət düşüncəsinin sonunu görəcəyik. Rusiyanı hər tərəfdən udacaqlar”, - deyə o qeyd edib.
Müxalifətin keçirdiyi mitinqlərə toxunan Berberyan mitinq günlərinin çoxdan keçdiyini deyib.
“Bu mitinqlər Köçəryanın son gülləsidir. Küçəni nə qədər pulla saxlaya bilərsən?”, - deyə Berberyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az