Ermənistanda polis həbslərlə məşğuldur, hüquq-mühafizə sistemi bərbad vəziyyətdədir

2023/05/resiz-1684392857.jpg
Oxunub: 13401     15:55     27 Sentyabr 2023    
Ermənistanda hüquq-mühafizə sistemi bərbad vəziyyətdədir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, sentyabrın 19-dan İrəvanda keçirilən etiraz aksiyaları hüquq-mühafizə sistemində təlatüm yaradıb.

“Əldə etdiyimiz məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyaları zamanı həbs olunan və saxlanılan şəxslərin işlərinə o qədər qarışıblar ki, indiki cinayət işlərini unudublar. Üstəlik, bəzi məhkəmələrdə hətta məhkəmə iclasları keçirilməyib, saxlanılan şəxslər məhkəməyə aparılmayıb və belə bir əsaslandırma təqdim edilib ki, müşayiətçi polis yoxdur, çünki polis vətəndaşları həbs etməklə məşğuldur, məhbuslarla məşğul olmağa vaxt yoxdur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İrəvan  


Bizi "telegram"da izləyin