“İravunk”: Paşinyanın partiyasına az danışmaq, çox dinləmək tapşırılıb

2023/09/1695455119.jpg
Oxunub: 13209     15:30     27 Sentyabr 2023    
Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasının üzvlərinə yaxın mənbələr deyirlər ki, partiya fəalına az danışmaq, çox dinləmək tapşırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşr qeyd edib ki, partiya üzvlərinə Qarabağ ermənilərinə münasibətdə fikirlərini mümkün qədər yumşaq ifadə etmək tapşırılıb.

“Partiya üzvlərinə yaxın mənbələrin bildirdiyinə görə, partiya üzvlərinə Qarabağ ermənilərinə münasibətdə fikirlərini mümkün qədər yumşaq ifadə etmək və Roma Statutu ilə bağlı suallara Paşinyanın öz şərhindən sitat gətirmək tapşırılıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin