Ordu.az xəbər verir ki, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Monqolustan, Albaniya, Bosniya və Herseqovina, Özbəkistan və Uqandanın ətraf mühitin mühafizəsi üzrə QHT-ləri AYİB-ni qapalı istehsal dövrü ilə işləyən iqtisadiyyatlara üstünlük verməyə çağırıblar.
“Bankwatch”ın dərc edərkən Ermənistanın mədənlərindən birinin panoramasından istifadə etdiyi məktuba Ermənistanın ətraf mühit təşkilatları “EcoLur” informasiya QHT, “Erməni Ətraf Mühit Cəbhəsi” təşəbbüsü, “Erməni Qadınlar Sağlamlıq və Sağlam Ətraf Mühit Uğrunda” QHT və “Yaşıl Ermənistan” maarifləndirici, ekoloji QHT qoşulub.
Erməni jurnalistlər erməni ekoloji ictimaiyyətinin yanaşmalarını və prioritetlərini öyrənmək üçün məktuba qoşulan QHT nümayəndələri ilə əlaqə saxlamağa çalışıblar.
“EcoLur” informasiya qeyri-hökumət təşkilatının rəhbəri İnqa Zarafyan 2008-ci ildən AYİB-in strategiyalarını nəzərdən keçirdiklərini və şərhlər verdiklərini bildirib.
“Biz bu məktubla ölkəmizin maraqlarını ona görə qoruyuruq ki, mədənçıxarma sahəsinə, xüsusən də əsasən Azərbaycan və Rusiyanın qəbul etdiyi neft və qaza investisiyalar olmasın. Ermənistanın bu məktubda payı çox azdır”, - deyə o qeyd edib.
Adının açıqlanmasını istəməyən “Ermənistan Ekoloji Cəbhəsi” təşəbbüsünün nümayəndəsi heç nə qərar vermədiklərini, sadəcə məktuba qoşulduqlarını bildirib. “Cavab verə bilmərəm, bu suallarla təşkilatçılarla əlaqə saxlayın”, - deyə o vurğulayıb.
Qeyd edək ki, məktuba erməni (4 təşkilat) və ukraynalı (6) ekoloqlar xüsusilə fəal qoşulublar. Azərbaycan tərəfdən 1 QHT imza atıb.
Alpər Mövludoğlu
Ordu.az