“Paşinyan türkləri razı salmaq üçün erməni generalları əsir götürüb zindana saldı” - Erməni etirazçı

2023/09/timth-1695800254.jpg
Oxunub: 189     12:00     27 Sentyabr 2023    
“Oğlanları küçədə həbs edirlər, oğlanlar olmasa, qadınları, qızları apararlar”.

Ordu.az xəbər verir ki, bunu İrəvanda itaətsizlik aksiyalarında iştirak edən erməni qadınlardan biri deyib.

Etiraz edən qadın deyib ki, Ermənistan hakimiyyətinin nümayəndələrinə heç bir maneə yoxdur, onlar türkün xoşuna gəlmək üçün hər şeyi edəcəklər.

“Türkləri razı salmaq üçün (Paşinyan-red.) erməni generalları əsir götürüb zindana saldı, türkləri razı salmaq üçün Qarabağı da silah və qurbanlarla verdi. İndi Ermənistanı da verəcək. Bu adam (Paşinyan-red.) erməni deyil. Bu adam özünü erməni hesab etmir”, - deyə erməni etirazçı bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Xaos  


Bizi "telegram"da izləyin