“İran Azərbaycanın Qarabağı tam şəkildə geri qaytarmasını Zəngəzur dəhlizinin yaradılmasında ən ciddi addım kimi qiymətləndirir” - Həmidreza Əzizi

2023/09/1695800178.jpg
Oxunub: 295     11:33     27 Sentyabr 2023    
Ərdoğanın Naxçıvana səfəri Bakının Ermənistandan Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək və maneəsiz gediş-gəlişi təmin edəcək Zəngəzur nəqliyyat dəhlizinin yaradılmasına icazə verməsini tələb etməsi, başqa sözlə, heç bir tərəfin heç bir sərhəd nəzarətinin olmaması ilə bağlı idi.

Ordu.az xəbər verir ki, bu barədə “Al-Monitor” nəşri yazıb.

Nəşrə görə, Ermənistan şərtləri qəbul etməyərək bildirib ki, bu, Ermənistan ərazisinin “faktiki işğalı”na bərabər olacaq və ölkəni regionda yeganə müttəfiqi olan İranla sərhədindən ayıracaq.

Almaniya Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun baş elmi işçisi Həmidreza Əzizi bildirib ki, İran Azərbaycanın Qarabağı tam şəkildə geri qaytarmasını Zəngəzur dəhlizinin yaradılmasında ən ciddi addım kimi qiymətləndirir.

Nəşr yazıb ki, USAID-in direktoru Samanta Pauer ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə birlikdə İrəvana gəlib. Səfər ABŞ və Ermənistanın 10 günlük birgə hərbi təlimlərindən sonra baş tutub. Paşinyan hakimiyyətə gələndən bəri Ermənistan Vaşinqtona yaxınlaşıb və Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməkdən imtina edir. Nizamlama danışıqlarının başlanmasından il yarımdan çox vaxt keçir, Türkiyə ilə Ermənistan arasında quru sərhədi bağlı qalır və diplomatik əlaqələr hələ də qurulmayıb.

Kral Birləşmiş Xidmətlər İnstitutunun kiçik elmi işçisi Samuel Ramaninin sözlərinə görə, Rusiyanın müdaxilə etməmək mövqeyi iki əsas amillə bağlıdır.

“Bunlardan biri Rusiya Prezidenti Vladimir Putinin rəngli inqilablara qarşı daxili düşmənçiliyi, digəri isə Putinin indiki Azərbaycandan asılılığıdır”, - deyə Ramani bildirib.

Kremlin nəzarətində olan “Telegram” kanallarını yaxından izləyən Ramani qeyd edib ki, “Telegram” kanalları Paşinyana qarşı davam edən etirazların miqyasını açıq şəkildə şişirtməyə çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin