Sosial şəbəkələrin erməni seqmentində real vəziyyət – FAKTLAR (YENİLƏNİR)

2020/07/infor-1594585451.jpg
Oxunub: 2222     12:43     28 Sentyabr 2023    
Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistanda ajiotaja səbəb olub.

Erməni sosial şəbəkə istifadəçilərinin rəylərindən belə qənaətə gəlmək olar ki, Azərbaycanın erməni sakinlərə hər cür şərait yaratmasına baxmayaraq, könüllü şəkildə bölgəni tərk edib, Ermənistana gedən insanlar Ermənistan sakinləri tərəfindən heç də xoş qarşılanmırlar.

Qarabağdan öz istəyi ilə köçən ermənilər baş verənlərə görə Ermənistan hakimiyyətini, Ermənistan sakinləri isə Qarabağın erməni sakinlərini günahlandırır ki, bu da Ermənistanda onsuz da mövcud olan ermənistanlı-qarabağlı konfilktini daha da dərinləşdirir.

Ordu.az mütəmadi olaraq, sosial şəbəkələrin erməni seqmentində yayılan həqiqi və real məlumatlarla Sizi tanış edəcək.


Necə sevinə bilərsiniz? Növbəti Zəngəzurdur, daha bəsdir...


İstefa verib uzaqlaş, səriştəsiz nazir (Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı nəzərdə tutur-red.).


Rusiya ilə müttəfiq olmağın nəticəsi.


Vaxt gələcək, bumeranq qanunu işləyəcək.


Əgər hansısa səbəblərlə Ermənistan müharibəyə cəlb olunsa, müharibə yalnız rəqib ölkələr bütün Zəngəzuru və dəhlizi, əlavə olaraq həmçinin Tavusdan, Göyçədən, Dərələyəzdən və Ağrı vilayətindən əlverişli mövqeləri əldə edəndə dayanacaq.


Heç nə, vaxt gələcək, tank (Şuşa yaxınlığında ermənilərin qoyduğu, Ordumuzun antiterror tədbirlərindən sonra sökülən tank abidəsi-red.) geri qayıdacaq.


Qarabağda hər şey onun (Ruben Vardanyanın-red.) gəlişindən sonra başladı, rus öz agentini göndərib, şou davam edir.


Ermənistan məhv olmamış mümkün qədər tez sülh bərqərar edilməlidir.


Bəs deyirdin Qarabağı tərk etməyəcəm, ay casus?


Bir az adam olun və mənasız şərhlər yazmayın.


Təklif edirəm ki, köç edən qarabağlılar əvvəlcə keçmiş və indiki "Qarabağ elitası"nın İrəvan qalalarında yerləşdirilsin.


ABŞ və Avropa Gürcüstana da bir şey söz verdilər, amma Abxaziya və Osetiyanı itirdilər, türklər doluşdular və o qədər çoxaldılar ki, məktəblər açdılar. Gürcüstan bizə dərs olsun.


Hansı sülhdən danışırsan?


Zəngəzurun təhvil verilməsi! (Bu rəy Ermənistan parlamentinin sədri Alen Simonyanla bağlı paylaşılan xəbərin altına yazılıb)


Vay, Nikol, Nikol. Tez getsəydin, bütün bunlar baş verməyəcəkdi.


Bir Nikol milləti hamının yanında özü kimi əskiyə çevirdi.


Bunlardan (azərbaycanlılardan-red.) heç bir şey götürməyin!


Daha nə kompomis, ay heyvanlar, daha hara qədər?


Zombilər yediniz, indi həzm edin. Azərbaycanlılar 30 il Qarabağı işğal altında saxlamağa görə Ermənistandan 100 milyard dollar tələb edirlər, verməsələr, beynəlxalq məhkəməyə müraciət edəcəklər və 100 milyard dollar əvəzinə Zəngəzuru verməyi tələb edəcəklər. Sizin anti-milli, torpağı verən şəxsiniz gedib imzalasa, Zəngəzurdan məhrum olacağıq. Görürsünüz nə yaxşı xilaskarınız var, azərbaycanlılar üçün hər şey edir. İndi bir daha lovğalanın ki, bizim diplomatlarımız güclüdür və hər şeyi əksinə edəcəklər. Qarabağın təhvil verilməsi sənədinin altına sizin torpaqverən xaininizin imzası qoyulacaqsa, nəyi əksinə edəcəklər? 30 il əvvəl vermişdilər, indi bu yazıq hərif nə etsin? Nə etsin? Başını divara vursun, könüllü şəkildə qalaya getsin, siz də kapitulyanta bağlamalar aparın. Sülh dövrü gəldi, qapılarınızı geniş açın ki, içəri daxil olsun. 300 kənd və şəhərdə savadlı və konstruktiv dostlarınızı qəbul etməyə hazırlaşın.


Hamınıza nifrət edirəm, bizim məhv olmuş uşaqlığımız, itkilərimiz, günahsız uşaqlarımız, əclaflar, satqınlar.


Daha güzəştə gediləsi bir şey qaldımı, söhbət nədən gedir?


Görüm neçə qarabağlı Zəngəzur sərhədini qorumağa gələcək.


Bəlkə Qarabağdakı rəhbərləriniz xəyanət etdilər? Görünür, həqiqi xainləri qeyd etmələri üçün bu adamların dili kəsiləcək.


Ermənistan müharibədə uduzdu və Qarabağ artıq hərbi təhlükəsizlik təmin oluna bilməzdi. Sizdən kim xahiş etmişdi ki, rusa inanın və yenidən Qarabağa gedin? Rusa inanmısınız, etibar etmisiniz, gedin onlara şikayət edin.


Əclaf (Paşinyan-red.), hansı əlaqələrdən söhbət gedir, bütün Ermənistanı öz maraqların üçün satdın.


Ermənistan sizin (Qarabağın erməni sakinləri-red.) əvəzinizə 5000 qurban verdi, qarabağlılar isə ABŞ-də, Avropada, Kanadada, Rusiyada yaşayacaqlar, həqiqət budur, hə?


Ermənistan xəyanət etməyib, sizin Bako, Vitalik-Mitaliklər sizə və bizə xəyanət ediblər. 44 günlük müharibədəki məğlubiyyətin gühakarı da onlardır. Saxta və yalan xəbərlər yaymayın.


Daha nə edək, bütün Ermənistan əhalisi olaraq ölək ki, qarabağlılar dincəlsinlər?


Ermənistan xəyanət edibsə, niyə Ermənistana gəlirsiniz? Sizin satılmış rəhbərləriniz haradadır? Bəsdir Ermənistanın üzərinə qışqırdınız. Bir az adam olun.


Ermənistan xəyanət edibsə, niyə Ermənistana qaçırsınız?


Ermənistan xəyanət edib? Buna görə Ermənistana gəlirsən? Get atan Putinin yanına.


Nə üçün? Gedin öz rəhbərlərinizə sual verin ki, nə üçün...? Biri yoxdurmu desin ki, Paşinyan torpaqverəndirsə, bəs sizin rəhbərləriniz nədir? Sağ ol, Rusiya!


Mənə maraqlıdır, özlərini "prezident" adlandıranlar haradadırlar, Qarabağdadırlar, yoxsa artıq ABŞ-dədirlər?

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sosial-şəbəkə   Faktlar  


Bizi "telegram"da izləyin