Estoniyanın Baş naziri NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb

2023/09/1695796259.jpg
Oxunub: 125     10:26     27 Sentyabr 2023    
Estoniyanın Baş naziri Kaya Kallas digər NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Estoniya hökumət başçısı Tallində keçirilmiş Baltik Təhlükəsizlik Konfransı çərçivəsində “Deutsche Presse-Agentur” (DPA) agentliyinə bildirib.

Baş nazirin sözlərinə görə, ölkəsi gələn il müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3,2 faizinə çatdıracaq.

Kallas onu da qeyd edib ki, hazırda təhlükə “soyuq müharibə” dövründəkindən də daha böyükdür, müharibə artıq Avropaya qayıdıb.

Xatırladaq ki, 2014-cü ilin sentyabr ayında Uelsdə keçirilən sammitdə NATO ölkələri bütün üzv ölkələr üçün müdafiə xərclərini ÜDM-in 2 faizinə qədər yüksəltmək qərarına gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   NATO  


Bizi "telegram"da izləyin