Oktyabrın 3-də Ermənistan parlamentində Roma statutunun ratifikasiyası müzakirə olunacaq

2023/05/1683100760.jpg
Oxunub: 111     10:12     27 Sentyabr 2023    
Oktyabrın 3-də Ermənistan parlamentinin plenar iclasında Roma statutunun ratifikasiyası məsələsi müzakirə olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Ölkə parlamentində qızğın müzakirələrin aparılacağı gözlənilir.

Nəşrin yazdığına görə, iclasda başqa vacib məsələlər barədə də fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, Ermənistan parlamentinin müvafiq komissiyası sentyabrın 28-də məsələni müzakirə edəcək.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qiyabi həbs qərarı çıxarıb.

Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Putinin bu ölkə ərazisinə səfəri mümkün olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Roma-statutu  


Bizi "telegram"da izləyin