Bolqarıstan ilə ABŞ müdafiə və enerji sahələrində əməkdaşlığı genişləndirir

2023/09/1695790542.jpg
Oxunub: 128     02:34     27 Sentyabr 2023    
Bolqarıstan və ABŞ Yüksək Səviyyəli Strateji Dialoq çərçivəsində ikinci görüşünü keçirib və müdafiə, iqtisadiyyat və energetika sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Ordu.az-ın məlumatına görə, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi xəbər verib. Qeyd olunub görüş ABŞ-da keçirildiyini və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının 120 illiyinə təsadüf edib.

"Bolqarıstanın regionda və NATO daxilində strateji mövqeyini nəzərə alaraq, biz NATO-nun Birgə Çoxmillətli Döyüş Qrupunda iştirak etməklə Balkanlarda və Qara dəniz regionunda təhlükəsizliyi yaxşılaşdırmaq üçün müdafiə tərəfdaşlığımızı genişləndiririk", - deyə bəyanatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   ABŞ  


Bizi "telegram"da izləyin