İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı görüş dünya mətbuatında böyük əks-səda doğurub

2023/09/1695730109.jpg
Oxunub: 236     15:57     26 Sentyabr 2023    
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Naxçıvanda keçirilən görüş dünyada böyük əks-səda doğurub.

Ordu.az xəbər verir ki, dünya KİV-lərində iki ölkə liderinin görüşünə geniş yer ayrılıb.

Yunanıstan mətbuatı bununla bağlı xəbərlərində Türkiyənin Qafqazda gücləndiyini qeyd edib. “Türkiyə artıq Qafqazda daha güclüdür”, - deyə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Naxçıvandakı görüşü barədə şərh verilib.

Eyni zamanda Yunanıstan mətbuatı Ərdoğanın “Sülh əlini tutun” çağırışına diqqət çəkib. Həmçinin İlham Əliyevin “Bölgənin erməniəsilli sakinlərinin hüquqları təminat altındadır” sözlərini də xüsusi vurğulayıb.
Almaniya mətbuatı isə səfərin böyük simvolik məna daşıdığını bildirərək bunun Ərdoğanın 14 ildən sonra Naxçıvana ilk səfəri olduğunu diqqətə çatdırıb.

Britaniyanın “Guardian” qəzeti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın qələbəsini yüksək qiymətləndirdiyini ifadə edib. “Əliyevin yaxın müttəfiqi olan Ərdoğan Azərbaycanın son antiterror tədbirlərini dəstəklədiyini bildirib”, - deyə xəbərdə qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Ərdoğan  


Bizi "telegram"da izləyin