İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq

2023/09/29_11-1694243737.jpg
Oxunub: 149     15:50     26 Sentyabr 2023    
İsveçrə hökuməti Almaniyaya 25 ədəd “Leopard 2” tankının satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə İsveçrə Teleqraf Agentliyi (SDA/ATS) məlumat yayıb.

Agentliyin xəbərinə əsasən, Berlin həmin tankları Kiyevə göndərməyəcəyinə dair öhdəlik götürüb.

Həmçinin əlavə olunub ki, tanklar, onların istehsalçısı olan Almaniyanın “Rheinmetall” konserninə satılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Almaniya  


Bizi "telegram"da izləyin