Türkiyə istehsalı olan hərbi gəmilərin ixracat yolu açıqdır

2023/09/fgj-1695726880.jpg
Oxunub: 266     16:23     26 Sentyabr 2023    
Türkiyə müdafiə sənayesinin xaricdəki istifadəçilər üçün həyata keçirdiyi dəniz platforması layihələrində əldə etdiyi uğurlar yeni ixrac imkanları gətirir.

Ordu.az xəbər verir ki, Hərbi Zavod və Gəmiqayırma Zavodunun İdarə Edilməsi Səhmdar Cəmiyyətinin (ASFAT) əsas podratçılığı ilə həyata keçirilən Pakistan MİLGEM Layihəsi çərçivəsində Pakistan Silahlı Qüvvələri üçün istehsal edilən dörd gəmidən birincisi olan PNS “Babur” İstanbul Gəmiqayırma Zavodunda təşkil edilən mərasimlə təhvil verilib.

ASFAT dəniz proqramları direktoru Emre Koray Gençsoy 2018-ci ilin sentyabrında imzalanan və 2019-cu ilin martında fəaliyyətə başlayan layihənin 7 ili əhatə etdiyini və 20 mərhələdən ibarət olduğunu bildirib.

MİLGEM olaraq başlayan layihənin Pakistan donanmasının ehtiyaclarına uyğun genişləndiyini, uzunluğunun uzadıldığını, fərqli silah sistemlərinin uyğunlaşdırıldığını qeyd edən Gençsoy hər şeyin sıfırdan hesablamalar, analizlər və model sınaqları ilə edildiyini bildirib.

“Babur”un Pakistan MİLGEM layihəsinin ilk gəmisi olduğunu ifadə edən Gençsoy layihənin 5-ci ilində olduqlarını və 15 mərhələni vaxtında yerinə yetirdiklərini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   MİLGEM   Türkiyə  


Bizi "telegram"da izləyin