Türkiyənin göndərdiyi 3 hərbi vasitə Monteneqroya çatıb

2023/09/sfasf-1695726774.jpg
Oxunub: 204     15:32     26 Sentyabr 2023    
Türkiyənin Monteneqroya hədiyyə etdiyi 3 hərbi vasitə mərasimlə Monteneqronun Müdafiə Nazirliyinə təhvil verilib.

Ordu.az xəbər verir ki, Monteneqronun daxili işlər naziri və Müdafiə Nazirliyinin koordinatoru Filip Adziç və Türkiyənin Podqoritsadakı səfiri Barış Kalkavan Türkiyə ilə Monteneqro arasında hərbi əməkdaşlığı gücləndirmək məqsədilə 2019-cu ildə imzalanmış Hərbi Maliyyə Əməkdaşlıq Sazişi (AMİBA) çərçivəsində hədiyyə edilən 3 hərbi vasitənin təhvil verilməsi mərasimində iştirak ediblər.

Paytaxt Podqoritsada keçirilən mərasimdə çıxış edən Adziç iki ölkə arasında tərəfdaşlıqdan kənar münasibətlərin olduğunu bildirib.

Adziç Türkiyə ilə ortaq dəyərlər əsasında inkişaf etdirdikləri münasibətləri gələcəkdə də qorumaq istədiklərini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Monteneqro  


Bizi "telegram"da izləyin