Fransa və Almaniya gələcəyin tank layihəsini sürətləndirir

2023/09/1695725977.jpg
Oxunub: 243     21:19     26 Sentyabr 2023    
Fransa və Almaniyanın müdafiə nazirləri gələcəyin tank proqramı kimi tanınan Əsas Quru Döyüş Sistemi (MGCS) layihəsinin sürətləndirilməsi lazım olduğunu və bəzi ölkələrin layihədə iştirak etmək istədiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius və Fransa naziri Sebastien Lekornu ötən həftə Parisin qərb hissəsindəki Evreux şəhərində görüşüblər.

Almaniya naziri mətbuat konfransında deyib ki, ilk addım olaraq bəzi ölkələrin “gözətçi” olaraq iştirak etmə ehtimalı var.

Əsas Quru Döyüş Sistemi (MGCS) layihəsi ilə bəzi Avropa ölkələri, xüsusilə İtaliya və Hollandiya maraqlanır.

Almaniyalı nazir Berlin və Parisin layihənin xüsusiyyətlərini müəyyən etmək üçün bu il çalışacaqlarını və danışıqlar başlayanda MGCS podratçı şirkətlərinin öz ideyalarını təqdim etmələrini gözlədiklərini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Almaniya  


Bizi "telegram"da izləyin