Ordu.az xəbər verir ki, bunu erməni analitik Qaqik Kamalyan "1in.am"a müsahibəsində qeyd edib.
Kamalyanın sözlərinə görə, İrəvan küçələrində baş verənlər Rusiya Federasiyasının himayə etdiyi mürtəce hərəkatlardır: "Təhlükəsizlik baxımından Rusiyanın oyun kartı Azərbaycandır. Gələcək inkişaflar Ermənistanın daxili həyatının qarşıdurmasından asılıdır. Suverenlik Paşinyanın şəxsiyyəti ilə şərtlənmir, o, demokratiyanın tərkib hissəsidir. Moskva Ermənistan hökumətini yox, Ermənistanda demokratiyanı rədd edir. Ermənistanın daxili müqavimətindən çox şey asılıdır".
Alpər Mövludoğlu
Ordu.az