Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşr qeyd edib ki, Böyük Britaniyanın üçdə biri böyüklüyündə və 10 milyona yaxın əhalisi olan Azərbaycanın geosiyasi fərqləri aradan qaldırmaqda az problemi var.
“Bu yaxınlarda Bakı coğrafiyadan və geologiyadan öz xeyrinizə necə istifadə etmək lazım olduğu ilə bağlı master-klass keçirdi. Vaşinqtondan Brüsselə, Moskvadan Pekinə qədər sanki heç kim Azərbaycanla mübahisə etmək istəmir. Hamı dost olmaq istəyir. Son həftələrdə Bakının antiterror tədbirləri adlandırdığı böyük bir əməliyyatın planlaşdırdığına dair işarələr var idi. Lakin bu tədbirlər nəinki böyük ölçüdə nəzərə alınmayıb, həm də Bakı əməliyyata görə səssiz tənqidlərlə üzləşib. Ancaq Azərbaycan indi “kütləvi etnik təmizləmə”yə başlasaydı, Qərbin reaksiyası dəyişə bilərdi, lakin Bakı kifayət qədər ağıllıdır və bunu bilir. Rusiya Ukraynanı işğal edəndən bəri bütün tərəflər müharibədən qazanc əldə edənlərdən birinə çevrilmiş Azərbaycana yaltaqlanırdılar. Ötən il Bakıya səfəri zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen ölkənin lideri İlham Əliyevə yalnız xoş sözlər söyləyib, onu Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi gördüyünü deyib. Bundan bir neçə həftə sonra Rusiya Prezidenti Vladimir Putinin Belarusdakı satrapı Aleksandr Lukaşenko çəkinmədən İlham Əliyevi “tamamilə bizim adamımız” adlandırıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az