Lukaşenko Putinlə oktyabrın 15-də görüşəcək

2023/09/1695719516.jpg
Oxunub: 214     13:07     26 Sentyabr 2023    
Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin oktyabrın 15-də Qırğızıstanda görüşəcəklər.

Ordu.az Belarus mətbuatına istinadən xəbər verir ki, bunu A.Lukaşenko Belarusda səfərdə olan Rusiya Federasiyasının Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşündə deyib.

Belarus Prezidenti bildirib ki, o, sentyabrın 25-də Putinlə telefonla danışıb və iki layihəni - təyyarələrin istehsalı və Leninqrad vilayətinin limanları istiqamətində dəmir yolu xəttinin tikintisini müzakirə edib: "Oktyabrın 15-də biz Qırğızıstanda bu barədə ətraflı danışacağıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Putin  


Bizi "telegram"da izləyin