“Hraparak”: 20-25 min erməni Azərbaycan vətəndaşlığını qəbul edəcək

2023/09/1695715573.jpg
Oxunub: 396     12:32     26 Sentyabr 2023    
Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbərliyi bu yaxınlarda deputatlara İrəvanı tərk etməməyi tapşırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, deputatlara deyiblər ki, yuxarıdan belə bir göstəriş var.

“Hakimiyyətə yaxın olan mənbələrimiz bildirir ki, Qarabağ məsələsinin həllinin bu ssenarisi 2-3 ay əvvəl müzakirə olunub. Paşinyan partiyasının üzvlərinə açıq şəkildə deyib ki, Qarabağ məsələsi “köç” ilə başa çatacaq. Paşinyanın dediyinə görə, onlar qərara gəliblər ki, belə olan halda bütün dövlət strukturları Qarabağ sakinlərini Ermənistanda yerləşdirməyə çalışmalıdır, lakin onlar heç bir halda İrəvanda yerləşdirməməlidirlər, əks halda öz əlləri ilə hakimiyyətlərinin altına bomba qoyacaqlar. Yeri gəlmişkən, bu gün də Paşinyanın fraksiyası əmindir ki, Rusiya sülhməramlıları nə vaxtsa insanların Qarabağdan çıxmasına imkan verməyəcəklər, çünki onların missiyası Qarabağda başa çatacaq. Bəzi məlumatlara görə, Rusiyanın hesablamalarına əsasən, 20-25 min qarabağlı qalacaq ki, özləri üçün Qarabağda qalmağın legitim əsasını təmin etsinlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin