“Hraparak”: Rusiya informasiya məsələlərində də Azərbaycanı dəstəkləyir

2023/09/1695152568.jpg
Oxunub: 222     11:45     26 Sentyabr 2023    
Rusiya Azərbaycanı təkcə siyasi və təhlükəsizlik məsələlərində deyil, həm də informasiya məsələlərində dəstəkləyir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, cümə günü İrəvanda, Respublika meydanında keçirilən dinc aksiyalar Azərbaycan telekanalları ilə də canlı yayımlanıb, bu da Azərbaycanın aksiya yerində jurnalist komandasının olması deməkdir.

“Bunu ilk görən “Yerkir Media”nın direktoru Baqrat Yesayan dərhal Respublika meydanına axışaraq, Azərbaycan üçün kimin canlı yayım apardığını öyrənib. Məlum olub ki, Azərbaycanla sinxron iş aparan operatorlar Rusiyanın “Rutply” telekanalının əməkdaşları olan ruslardır. Yesayanla söhbətdə onlar Azərbaycanın onların canlı yayımlarından necə istifadə etməsindən xəbərsiz olduqlarını bəhanə ediblər. Aksiya iştirakçıları həmçinin Azərbaycan kanallarının canlı yayımının kəsilib-kəsilməyəcəyini görmək üçün Rusiya operatorlarını canlı yayımı söndürməyə məcbur ediblər. Rusiya operatorlarının canlı yayımları kəsilən kimi Azərbaycanın da canlı yayımları kəsilib. Bunu görən rus operatorlar ərazini tərk edərək gözdən itiblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin