SONGAR minaatan atış sınaqlarına başlamaq üçün günləri sayır

2023/09/SONGA-1695715126.jpg
Oxunub: 290     16:59     26 Sentyabr 2023    
ASISGUARD və MKE tərəfindən həyata keçirilən layihə ilə 81 mm-lik üç borulu minaatan və 60 mm-lik sursat ASISGUARD istehsalı olan SONGAR Pilotsuz Uçuş Aparatı (PUA) sistemlərinə inteqrasiya olunacaq.

Ordu.az xəbər verir ki, sistemin sınaq atəşinə yaxın vaxtlarda başlanacağı gözlənilir.

ASISGUARD Baş direktoru Barış Düzgün verdiyi açıqlamada bildirib ki, 2019-cu ildə Türkiyədə inventara daxil olan SONGAR zərbə tipli PUA sistemi Quru Qoşunları Komandanlığı, Jandarma Baş Komandanlığı, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı və Xüsusi Hərəkat Müdirliyinin inventarında istifadə olunur.

Düzgün qeyd edib ki, daha sonra Türkiyənin təhlükəsizlik qüvvələrinin rəyi ilə sistemin inkişaf etdirilməsi davam edib.

“Əvvəlcə 5,56 mm MKE silahını birləşdirdik. Bir platformaya nə qədər çox faydalı yük birləşdirsəniz, o qədər faydalı olduğunu görərsiniz, buna görə də TÜBİTAK SAGE ilə işlədik və 81 mm-lik minatan olan “Togan”ı əlavə etdik. Sonra 40 mm-lik qumbaraatan əlavə etdik. Tələblər davam etdikcə, biz raketlər və inteqrasiya olunmuş tüstü və gözyaşardıcı qaz sursatları əlavə etdik. Beləliklə, biz onu sosial tədbirlərdə istifadəyə yararlı etdik. Təxminən 2 il sonra Sakit okean, Asiya və Afrikadakı bir ölkəyə bir neçə ədəd satdıq. Onlar yalnız zərbə tipli PUA almaq istəyirdilər, lakin həmçinin yaxşı görmə qabiliyyəti istədikləri üçün biz gecəgörmə qabiliyyətinə malik kameraları birləşdirdik. Üstəlik, yüksək böyütmə imkanlarına malik gündüz kameraları əlavə etdik. Lazer məsafə ölçən cihaz quraşdırdıq. Uzun məsafələrdə buludların altında uçan sistemlərdə istifadə edilən stabilləşdirilmiş görüntüləmə sistemimizlə bağlı işlər tamamlanıb və tezliklə təqdim olunacaq”, - deyə ASISGUARD Baş direktoru bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SONGAR   ASISGUARD  


Bizi "telegram"da izləyin