Serbiyada Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi işə başlayıb

2023/09/asfas-1695713521.jpg
Oxunub: 179     12:16     26 Sentyabr 2023    
Serbiyanın paytaxtı Belqradda “Partner 2023” kimi tanınan Beynəlxalq Silah və Hərbi Avadanlıq Sərgisi öz qapılarını ziyarətçilərin üzünə açıb.

Ordu.az xəbər verir ki, bu il Belqrad Sərgi Mərkəzində 11-ci dəfə təşkil edilən sərgidə Serbiya, Türkiyə, Almaniya, Fransa, Finlandiya və Avstriya kimi ölkələrdən 154 iştirakçı müdafiə sənayesində yenilikləri təqdim edəcək.

Açılışda iştirak edən Serbiyanın müdafiə naziri Miloş Vuçeviç sərginin “Covid-19” epidemiyası səbəbiylə sonuncu dəfə 2021-ci ildə keçirildiyini xatırladıb və bildirib ki, ötən dövr ərzində Serbiyanın müdafiə sənayesi 66 yeni texnika istehsal edib.

Serbiya Müdafiə Nazirliyinin təşkil etdiyi sərgini sentyabrın 28-dək ziyarət etmək olar.

Yerli media sərgiyə 7 mindən çox ziyarətçinin gələcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Silah   Sərgi  


Bizi "telegram"da izləyin