Rusiya səfiri ABŞ-ni Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmamağa çağırıb

2023/09/1695708806.jpg
Oxunub: 287     10:11     26 Sentyabr 2023    
Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Vaşinqtonu Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin süni şəkildə artmasına səbəb olan eyhamlardan çəkinməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə rusiyalı diplomat ABŞ administrasiyasının rəsmilərinin Rusiyanın Ermənistan üçün etibarsız təhlükəsizlik tərəfdaşı olması ilə bağlı bəyanatlarına münasibət bildirmək üçün KİV-in sualına cavab verərkən bildirib.

“ABŞ rəsmilərinin bu cür şərhləri məyusedicidir. Əslində, amerikalılar daxili və xarici siyasətdə öz uğursuzluqlarına görə məsuliyyətdən yayınmağa çalışan bəzi erməni siyasətçilərin qeyri-konstruktiv ictimai bəyanatlarını təkrarlayırlar. Rusiya Federasiyası Ermənistanın etibarlı müttəfiqi olub və belə də qalır. Biz hər zaman bu qardaş xalqa lazımi köməkliyi göstərmişik, o cümlədən Qarabağa sülhməramlılarımızı göndərmişik. Rus əsgərlərin öz mövqelərində həlak olması faktı yalnız Rusiyanın Azərbaycan və Ermənistan xalqları arasında sülhə nail olmaq üçün çətin qərarlar qəbul etməyə hazır olduğunu vurğulayır. Biz Vaşinqtonu Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin süni şəkildə artmasına səbəb olan son dərəcə təhlükəli söz və hərəkətlərdən çəkinməyə çağırırıq. Bu cür ittihamlar yalnız sübut edir ki, ABŞ və müttəfiqlərinin məqsədi vəziyyəti normallaşdırmaq və Cənubi Qafqazın dinc inkişafı deyil, Rusiyaya strateji ziyan vurmaq və bizi regiondan çıxarmaq üçün Avrasiyada qəsdən sabitliyi pozmaqdır”, - deyə Antonov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin