Şimali Koreya hökuməti növbəti nüvə sınağına hazırlığı başa çatdırıb

2023/09/ab0da-1695661497.jpg
Oxunub: 190     20:42     25 Sentyabr 2023    
KXDR hakimiyyəti faktiki olaraq növbəti nüvə sınağına hazırlığı başa çatdırıb.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının elm və informasiya-kommunikasiya texnologiyaları naziri Li Con Ho Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Baş Konfransının sessiyasında bildirib.

“Hətta bu anda da KXDR BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozaraq qeyri-qanuni nüvə fəaliyyətlərini davam etdirir və yeddinci nüvə sınağına hazırlığı, demək olar ki, başa çatdırıb”, - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Nüvə-sınağı  


Bizi "telegram"da izləyin