Xankəndi yaxınlığında güclü partlayış olub, çox sayda yaralı var - YENİLƏNİB

2023/09/1695575949.jpg
Oxunub: 4636     21:10     25 Sentyabr 2023    
Rusiya sülhməramlı kontingentinin (RSK) həkimləri Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayış nəticəsində xəsarət alanlara yardım edirlər.

Ordu.az xəbər verir ki, bu barədə RSK məlumat yayıb.

Zərərçəkənlərin bir çoxunun yanıq xəsarətləri aldığı bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır.





***

Xankəndidə yanacaqdoldurma stansiyasında partlayışın bəzi detalları məlum olub.

Ordu.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə stansiyada çox sayda sürücü olub.

Onlar öz avtomobilləri ilə Qarabağı tərk etmək üçün yanacaq almağa çalışıblar. Hadisə yerində çoxlu sayda yaralanan və ölən olduğu bildirilir.

***

Xankəndi yaxınlığında benzin çəni partlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, çoxlu yaralı var. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xankəndi   Partlayış  


Bizi "telegram"da izləyin