Blinken: “Rusiya-Şimali Koreya hərbi əməkdaşlığı bütün dünyanı təhdid edir”

2023/09/78787-1694148880.jpg
Oxunub: 209     18:46     25 Sentyabr 2023    
“Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıq bütün dünya üçün təhlükə yaradır”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

“Biz Rusiya-Şimali Koreya hərbi əməkdaşlığının qlobal sülh və təhlükəsizliyi təhdid etdiyi istiqamətləri digər müttəfiqlərlə müzakirə edirik”, - o bildirib.

Onun fikrincə, Rusiya ümidsiz şəkildə “avadanlıq, təchizat, texnologiya”, Şimali Koreya isə raket proqramlarını gücləndirmək və inkişaf etdirmək üçün kömək axtarır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Rusiya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin