Azərbaycanlı qardaşlarımıza 6 fevral zəlzələsinin nəticələrinin aradan qaldırılmasına verdikləri güclü dəstək üçün bir daha şəxsim və millətim adına təşəkkür edirəm.
Ordu.az-ın xəbərinə görə, bunu Azərbaycana rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatda bildirib.
Türkiyə Prezidenti deyib ki, varını-yoxunu avtomobilinin üzərinə yükləyib millətimizə yardım üçün yola çıxan qardaşlarımızın səmimiyyətini heç bir zaman unutmayacağıq.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Türkiyə