Azərbaycan Türkiyə ilə Kahramanmaraşda bir sıra obyektlərin tikilməsi ilə bağlı əməkdaşlıq sazişi imzalayıb

2023/06/1687684354.jpg
Oxunub: 149     17:08     25 Sentyabr 2023    
Azərbaycanla Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında əməkdaşlıq sazişi imzalanıb.

Ordu.az-ın verdiyi xəbərə görə, imza mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində baş tutub.

Sənədə Azərbaycanın dövlət şəhərsalma və arxitektura komitəsinin sədri Anar Quliyev və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imza atıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin