Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Azərbaycan Preizdenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.
O qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib: "Azərbaycanlı qardaşlarımızın Türkiyədə baş verən zəlzələ ilə bağlı göstərdikləri dəstəyi heç zaman unutmayacağıq".
Türkiyə Prezidenti deyib ki, Naxçıvan iqtisadiyyat, enerji xətləri baxımından böyük potensiala malikdir: “Xəzərdən keçən Orta Dəhlizin önəmi koronavirus pandesmiyası və bölgəmizdəki savaşlar zamanı daha da artıb. İğdır-Naxçıvan kəməri bölgənin də enerji təhlükəsizliyinə böyük töhfə verəcək”.
O, Qars-Naxçıvan dəmiry yolu ilə bağlı niyyət protokrluluun əhəmiyyətini vurğulayıb.
Ordu.az