Macarıstan Ukraynada macarların hüquqları bərpa edilənə qədər onu beynəlxalq səviyyədə dəstəkləməyəcək

2023/09/65117-1695646124.jpg
Oxunub: 150     16:43     25 Sentyabr 2023    
Ukrayna ərazisindəki macar azlıqların hüquqları bərpa edilənə qədər Macarıstan onu beynəlxalq səviyyədə dəstəkləməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban ölkə parlamenti qarşısında çıxışı zamanı bildirib.

Xatırladaq ki, bir müddət öncə Macarıstan xarici işlər naziri Peter Siyarto da Zakarpatiyada yaşayan milli azlıqların hüquqları ilə bağlı problem həll olunmayana qədər Ukraynanın Avropaya inteqrasiyasını ölkəsinin dəstəkləməyəcəyini bildirmişdi.

XİN rəhbəri qeyd edib ki, Ukrayna Zakarpatiyadakı milli azlıqların hüquqlarını bərpa etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Ukrayna  


Bizi "telegram"da izləyin