Erməni deputat: “Rusiyalı həmkarlarımız müxtəlif bəyanatlarla Ermənistanın daxili işlərinə birbaşa müdaxilə edirlər”

2023/09/01027-1695644483.jpg
Oxunub: 169     16:07     25 Sentyabr 2023    
“Son günlər, hətta həftələr ərzində bizim rusiyalı həmkarlarımız müxtəlif bəyanatlarla Ermənistanın daxili işlərinə birbaşa müdaxilə edirlər. Xüsusilə, Rusiya dövlət televiziya kanallarının efirində birbaşa Ermənistan vətəndaşlarına ölkə hakimiyyətinə qarşı çıxmaları üçün çağırışlar edilir”.

Ordu.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş Müqaviləsi” partiyasından deputat Sarkis Xandanyan danışıb.

Xandanyanın sözlərinə görə, Ermənistan dövlətçiliyinin məhv edilməsi çağırışları hətta Rusiya Dövlət Dumasının deputatları tərəfindən səsləndirilir ki, bu da tamamilə qəbuledilməzdir.

“Biz həmkarlarımızdan öz tərəfdaşlarına hörmət etmələrini, Ermənistanın daxili işlərinə qarışmaqdan vaz keçmələrini və müttəfiqlik öhdəliklərini yerinə yetirmələrini gözləyirik. Amma təəssüf ki, son proseslər bunun əksini nümayiş etdirir”, - deyə Xandanyan əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin