Ordu.az xəbər verir ki, PNS “Babur” (F-280) gəmisini 6 ay sonra 2-ci MİLGEM izləyəcək.
3-cü və 4-cü gəmilər 6 aylıq fasilələrlə tamamlanaraq Pakistana təhvil veriləcək.
Türkiyənin ən əhəmiyyətli hərbi gəmi ixracatlarından biri olan və baş podratçısı ASFAT-ın nəzdində davam edən işlərdə ilk təməlqoyma 2020-ci ilin yanvar ayında edilib.
Sonra PNS “Babur” 2021-ci il avqustun 15-də istifadəyə verilib. İkinci və dördüncü gəmi Pakistanın Kəraçi şəhərində inşa olunur.
Plana əsasən, ikinci gəmi 2024-cü ilin martında, üçüncü gəmi 2024-cü ilin sentyabrında, sonuncu gəmi isə 2025-ci ilin martında təhvil veriləcək və Pakistan HDQ-nin inventarına qoşulacaq.
Sevinc Əliyeva
Ordu.az