Ordu.az xəbər verir ki, gəminin maşın zalında baş verən yanğın ekipaj tərəfindən söndürülüb.
Təhlükəsizliyə görə missiyası ləğv edilən “Courbet” freqatı özəl olaraq icarəyə götürülmüş yedək gəmisinin müşayiəti ilə aşağı sürətlə Fransaya qayıdıb.
“Courbet” yalnız 2021-ci ildə modernizasiyadan keçmişdi. Gəmidəki yanğınla bağlı araşdırma başladılıb.
Türkiyə ictimaiyyəti Fransanın “Courbet” freqatını yaxşı tanıyır. 2020-ci il iyunun 10-da “Courbet” Aralıq dənizi bölgəsində Türkiyə döyüş gəmilərinin himayəsi altında üzən “Çirkin” yük gəmisini dayandırmaq istəyib. Hadisədən sonra TCG “Gökova” (F-496) və TCG “Oruçreis” (F-245) freqatları “Courbet”ə müdaxilə edib.
Sevinc Əliyeva
Ordu.az