“Ermənistan çətin geosiyasi vəziyyətə düşüb, beynəlxalq arenada təkdir” - Erməni politoloq

2023/09/dalla-1695627334.jpg
Oxunub: 12365     17:20     25 Sentyabr 2023    
“Ermənistan XİN Rusiya səfirini XİN-ə çağırsaydı, hər gün çağırmalı idi və səfir orada qalacaqdı”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Lilit Dallakyan deyib.

Dallakyanın sözlərinə görə, əgər müttəfiq Rusiya Federasiyasıdırsa, o zaman hesab etmək lazımdır ki, Ermənistanın müttəfiqi yoxdur.

“İnsanlarımızın nəticələri olmalıdır. Ermənistan çətin geosiyasi vəziyyətə düşüb, beynəlxalq arenada təkdir. Ermənistan təkcə xarici vektorunu dəyişməməli, həm də aydın xarici siyasət aparmalıdır”, - deyə o qeyd edib.

Erməni politoloq müxalifətin nümayişlərinə toxunaraq bildirib: “Müxalifət hakimiyyət uğrunda mübarizə aparır, onların baxışı yoxdur. Onların heç bir baxışı yoxdur, namizədləri yoxdur. Müxalifət uğur qazana bilməyəcək. Xalq çıxış yolu görmür. Üçüncü yeni qüvvənin formalaşmasına ehtiyac var. Bu gün ölkəmizdə bir nəfər hakimiyyətdədir, mən onu qınamıram. Komanda yoxdur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN   Rusiya  


Bizi "telegram"da izləyin