“Nümayişlər yeni deyil, uzun müddətdir ki, hakimiyyəti sıxışdırmaq cəhdləri edilir” - Erməni politoloq

2023/09/1695627092.jpg
Oxunub: 209     16:57     25 Sentyabr 2023    
“Nümayişlər yeni deyil, uzun müddətdir ki, hakimiyyəti sıxışdırmaq cəhdləri edilir. Bu nümayişlərin küləyinin haradan əsdiyini anlamaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Manvel Melikyan deyib.

Onun sözlərinə görə, İrəvanda nümayişlər bir yerdən yönləndirilir, oyun qaydalarını Köçəryan və Sarkisyan diktə edir.

“Hakimiyyətə gəlmək üçün iğtişaşlar və döyüşlər lazım deyil. Müxalifət heç vaxt elə bir kütlə toplaya bilməyib ki, hakimiyyət dəyişikliyi mümkün olsun”, - deyə Melikyan bildirib.

Erməni politoloq qeyd edib ki, indi də Qarabağ məsələsindən Ermənistana qarşı alət kimi istifadə olunur.

“Gələcəkdə məyus olacaqlar. Ermənistanın diz çökdüyünü görməyəcəklər”, - deyə Melikyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin