“Dövlət əleyhinə olan gündəmə siyasi pərdə verərək, xalqı küçələrə çıxarmağa çalışırlar” - Erməni deputat

2023/09/1695624763.jpg
Oxunub: 184     14:22     25 Sentyabr 2023    
“Ermənistanın müstəqil və suveren olmamasında maraqlı olan qüvvələr çoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Vağarşak Hakopyan deyib.

Onun sözlərinə görə, Ermənistan vətəndaşı İrəvandakı etirazların nəyə hesablandığını ayırd edir.

“Bu hökumət əleyhinə etirazlar nəyə hesablanıb? Ermənistan vətəndaşı mübarizənin nəyə hesablandığını ayırd edir. Bu, bəzi qüvvələrin suverenliyə qarşı dövlət əleyhinə mübarizəsidir. Neçə saat və gün qalacağına pərdəarxası qüvvələr deyil, xalq qərar verir. Çevriliş etmək üçün dövlət əleyhinə olan gündəmə siyasi pərdə verərək, xalqı küçələrə çıxarmağa çalışırlar”, - deyə Hakopyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İrəvan  


Bizi "telegram"da izləyin