Simonyan Ermənistan polisinin vəhşi hərəkətləri haqqında: “Yaxşı edirlər, düz edirlər”

2023/09/1695619250.jpg
Oxunub: 317     11:32     25 Sentyabr 2023    
“Hakimiyyət və polis etirazçılara qarşı amansız güc tətbiq etməklə düzgün iş görür”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Yaxşı edirlər, düz edirlər”, - deyə o qeyd edib.

Simonyan iddia edib ki, onlar Ermənistanın ən yaxın tarixində ən demokratik hökumətdirlər.

“Bütün beynəlxalq təşkilatlar bunu təsdiq edir, bundan başqa, Ermənistanda ifadə azadlığı hüququ var, lakin qanuna və polad mandata hörmət edilməlidir. İfadə azadlığı hüququ var. “1 Mart” etmirik, amma qanuna əməl edilməlidir. Axı seçicilərimiz bizə həmişə deyirlər ki, polad mandatdan istifadə etmək lazımdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin