İrəvanda etiraz aksiyasında saxlanılanların sayı 200-ü ötüb - YENİLƏNİB

2023/09/1695152568.jpg
Oxunub: 675     13:04     25 Sentyabr 2023    
İrəvanda etiraz aksiyasında saxlanılanların sayı 200-ü ötüb.

Ordu.az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Ermənistanın "Daşnaksütyun" Partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, polis zorakılığına baxmayaraq, paytaxt və vilayətlərdə itaətsizlik aksiyaları davam edir.

***

İrəvanda keçirilən etiraz aksiyalarında gün ərzində saxlanılanların sayı 168 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, aksiyalar hazırda da davam edir. Etirazçılar bəzi yolları bağlayıblar.

***

İrəvanda başlayan itaətsizlik aksiyalarında saxlanılanların sayı 142 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər saatlarından İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb.

***

Bu gün səhər İrəvanda keçirilən aksiyalarla əlaqədar 53 nəfər saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya İrəvan polisindən bildirilib.

***

Səhər saatlarından İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Əvvəlcə etirazçılar Saryana və Tumanyana küçələrinin kəsişməsini, həmçinin Rubinyan küçəsini bağlayıblar.

Aksiya başlayandan polis onları müşaiyət edib.

Kentron inzibati rayonunda fəallar İrəvan sirkinin yaxınlığındakı kəsişmədə, "Yeritsardakan" metro stansiyasında və Dövlət Universitetində toplaşmağı planlaşdırıblar.

Polis aksiya iştirakçılarını "Yeritasardakan" metro stansiyasına sıxışdırıb.

Qeyd edək ki, paytaxtın bir sıra inzibati rayonlarında itaətsizlik aksiyaları planlaşdırılır.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Aksiya  


Bizi "telegram"da izləyin